Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib.

Fev15,2021
Abituriyentlərin nəzərinə!

Qəbul imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzinin Mətbuat Xidmətindən “QİA.AZ“-a verilən məlumata görə, “Dövlət İmtahan Mərkəzi tərəfindən “Abituriyent” jurnalının 1-ci sayında dərc edilmiş ali təhsil müəssisələrinə ayrı-ayrı fənlər üzrə qəbul proqramları və imtahanların modelinə uyğun tapşırıq nümunələri ilə bağlı tövsiyələr hazırlanıb.

DİM-də abituriyentlərə kömək məqsədilə ali təhsil müəssisələrinə ayrı-ayrı fənlər üzrə qəbul proqramları və imtahanların modelinə uyğun tapşırıq nümunələri ilə bağlı tövsiyələr hazırlanıb.

Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, ədəbiyyat (rus bölməsi) fənləri üzrə tövsiyələr mərkəzin “Youtube” kanalında yerləşdirilib.  Videotövsiyələrlə buradan tanış ola bilərsiniz.

Digər imtahan fənləri üzrə tövsiyələr yaxın günlərdə DİM-in “Youtube” kanalında yerləşdiriləcək.

DİM-in mətbuat xidməti

Tеl: (+99 412) 502-47-53 (dax. – 142)

E-mail: [email protected]; http://dim.gov.az

Oxşar Xəbərlər