Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi Quba Dost Mərkəzində informasiya texnologiyaları infrastrukturun qurulması üçün lazımi avadanlıqlar və proqram təminatlarının alınaraq quraşdırılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
“QİA.AZ” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Halal-P” MMC-dir.
Qalib şirkətə 1 198,9 min manat ödəniləcək
“Halal-P” 1999-cu ildə yaradılıb. Bu günə şirkətin 13 581 manat vergi borcu var.