Dövlət qulluğu üzrə ehtiyat kadrlar siyahısında olanların nəzərinə!

Mar29,2021 #Dövlət qulluğu

Dövlət İmtahan Mərkəzi dövlət qulluğunun ehtiyat kadrlar siyahısı üzrə iki yeni elektron xidmət təqdim edir.

DİM-dən “QİA.az”a verilən məlumata görə, bu xidmətlərdən biri dövlət qulluğu üzrə Ehtiyat kadrlar siyahısında olan şəxslərə həmin siyahıda olma barədə müvafiq arayışın verilməsi üçün nəzərdə tutulmuşdur. Digər xidmət isə Ehtiyat kadrlar siyahısında olma barədə onlayn qaydada verilmiş arayışın həqiqiliyinin tələb olunan yerdə yoxlanılmasına imkan yaradır.

 Yeni elektron xidmətlərdən Mərkəzin internet səhifəsində “Dövlət qulluğu” istiqamətinin “Ehtiyat kadrlar” bölməsinə daxil olmaq və “Ehtiyat kadrlar siyahısında olma barədə arayışın verilməsi” hissəsinə keçməklə istifadə etmək olar. Xidmətə birbaşa keçid https://eservices.dim.gov.az/dqmelumat/ehtkadrn/  ünvanı vasitəsilə həyata keçirilir.

Oxşar Xəbərlər