Dövlət qulluğu üzrə sertifikat əldə etmiş şəxslərin nəzərinə!

Apr15,2021
İmtahan

DİM tərəfindən dövlət qulluğuna qəbul üzrə test imtahanlarında uğur qazanaraq sertifikat əldə etmiş şəxslər üçün yeni elektron xidmətlər istifadəyə verilib.

DİM-in Mətbuat Xidmətindən “QİA.az”a verilən məlumata görə, bu xidmətlərdən biri dövlət qulluğu sertifikatının elektron surətinin çap edilməsinə, digəri isə həmin surətin aid olduğu dövlət qulluğu sertifikatının həqiqiliyinin tələb olunan yerdə onlayn qaydada yoxlanılmasına imkan yaradır.

Yeni elektron xidmətlərdən Mərkəzin internet səhifəsində “Dövlət qulluğu” istiqamətinin “Dövlət qulluğuna qəbul” bölməsindəki “Faydalı” alt bölməsinə daxil olaraq istifadə etmək mümkündür:

Dövlət qulluğu üzrə sertifikatın surətinin çap edilməsi və həqiqiliyinin onlayn qaydada yoxlanılması xidməti

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər