2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində mina hadisəsi baş verib.
QİA.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.
Agentliyin əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.Xəsarət alan əməkdaşa sağ ayağın amputasiyası diaqnozu qoyularaq, Agentliyin paramediki tərəfindən yerində ilkin tibbi yardım göstərilib və rayon xəstəxanasına təxliyə olunub.
Hazırda vəziyyəti stabildir.Faktla bağlı Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.