Dövlət Sərhəd Xidmətinin Akademiyasına əlavə sənəd qəbulu elan edilir

Dövlət Sərhəd Xidmətinin Akademiyasının sərhəd təhlükəsizliyi və idarəetmə ixtisası üzrə plan yerlərinin tam komplektləşdirilməsi məqsədilə əlavə sənəd qəbulu elan edilir.

QİA.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, hazırkı sənəd qəbulunda cari ildə I, II, III və IV ixtisas qrupunun hər hansı biri üzrə keçirilən qəbul imtahanında 150 və daha çox bal toplayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Abituriyentlər avqustun 6-dan 10-dək Dövlət Sərhəd Xidmətinin Aparatına (Bakı şəhəri, Z.Əliyeva küçəsi, 76) müraciət edə bilərlər.

Oxşar Xəbərlər