Dövlət Teatr Muzeyində Müstəqillik Günü qeyd olunub – FOTO

May23,2024

Mayın 23-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq, bir daha enməz!” adlı tədbir keçirilib.

QİA.az xəbər verir ki, bu barədə Muzeydən AZƏRTAC-a bildirilib ki, Dövlət Teatr Muzeyində təşkil olunan tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın müstəqillik tarixindən bəhs edən məruzə dinlənilib, mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirin bədii hissəsində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri şeir kompozisiyaları və görkəmli dramaturq Cəfər Cabbarlının “Ədirnə fəthi” əsərindən səhnəciklə çıxış ediblər. Həmçinin vətənpərvərlik mövzusunda musiqi nümunələri səsləndirilib.

Oxşar Xəbərlər