Gündəm

“Döyüş gedə-gedə qeyri-rəsmi videoları paylaşmaq cinayətdir”

728x90

Son günlər müxtəlif sosial şəbəkələrdə döyüş bölgəsindən və azad edilən yaşayış məntəqələrindən videomateriallar yayılır. Artıq peşəkar zabitlərin bu videolarda ötürülən məlumat əsasında vurulduğu, şəhid olduğu deyilir. Bu isə bu tip videoların yayılmasının necə təhlükəli olduğunu göstərir.

QİA.AZ xəbər verir ki, hərbi şərhçi Ramil Məmmədli açıqlamasında bildirib ki, hələ bir neçə il əvvəl müxtəlif dövlət qurumları ölkə vətəndaşlarını hərbi-strateji, hərbi təyinatlı məsələlərlə bağlı videoçəkilişlər və paylaşımlar edən zaman diqqətli olmağa çağırıb:

“Həmçinin hərbi obyektlərin və döyüş əməliyyatlarının çəkilişinin aparılmamasına dair tövsiyə və tələblər irəli sürülüb. Biz bu acı nəticəni 2016-cı ildə aprel döyüşləri zamanı da görmüşük. Bundan sonra KİV-ə və vətəndaşlara bildirilmişdi ki, həm mətbuat orqanlarında, həm də sosial şəbəkələrdə belə material paylaşarkən diqqətli və ehtiyatlı olmaq lazımdır”.

728x90

Əlaqəli xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button