Son günlər müxtəlif sosial şəbəkələrdə döyüş bölgəsindən və azad edilən yaşayış məntəqələrindən videomateriallar yayılır. Artıq peşəkar zabitlərin bu videolarda ötürülən məlumat əsasında vurulduğu, şəhid olduğu deyilir. Bu isə bu tip videoların yayılmasının necə təhlükəli olduğunu göstərir.
QİA.AZ xəbər verir ki, hərbi şərhçi Ramil Məmmədli açıqlamasında bildirib ki, hələ bir neçə il əvvəl müxtəlif dövlət qurumları ölkə vətəndaşlarını hərbi-strateji, hərbi təyinatlı məsələlərlə bağlı videoçəkilişlər və paylaşımlar edən zaman diqqətli olmağa çağırıb:
“Həmçinin hərbi obyektlərin və döyüş əməliyyatlarının çəkilişinin aparılmamasına dair tövsiyə və tələblər irəli sürülüb. Biz bu acı nəticəni 2016-cı ildə aprel döyüşləri zamanı da görmüşük. Bundan sonra KİV-ə və vətəndaşlara bildirilmişdi ki, həm mətbuat orqanlarında, həm də sosial şəbəkələrdə belə material paylaşarkən diqqətli və ehtiyatlı olmaq lazımdır”.