DTX-nin əməkdaşları texnologiya və kibertəhlükəsizlik sərgisində iştirak ediblər

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nümayəndə heyəti martın 4-7-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində beynəlxalq səviyyəli “LEAP2024” və “DeepFest” texnologiya və kibertəhlükəsizlik sərgisində iştirak ediblər.

QİA.az xəbər verir ki, bu barədə DTX-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, texnologiya nəhənglərinin iştirak etdiyi, dünyanın müxtəlif ölkələrindən çoxlu sayda iştirakçının qatıldığı bu tədbirdə müvafiq sahə üzrə ekspert və mütəxəssislər tərəfindən müasir çağırışlar, süni zəka əsaslı yeni nəsil kibertəhlükəsizlik həlləri, sənaye nəzarət sistemlərində kiberinsidentlərin idarə olunmasına dair məsələlər, 2030-cu ilədək qlobal texnologiya hədəfləri ilə bağlı ətraflı fikir mübadiləsi və geniş müzakirələr aparılıb.

Oxşar Xəbərlər