Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanması müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

QİA.az xəbər verir ki, bu barədə Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın Dünya Bankı ilə uğurla əməkdaşlıq etdiyi, ölkəmizdə bankın göstərdiyi texniki yardım və maliyyə dəstəyi layihələrinin yüksək qiymətləndirildiyi bildirilib.

Tərəflər əsasən Dünya Bankı Qrupunun Azərbaycan üzrə 2025-2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanması və ölkəmizin iqtisadi inkişafı istiqamətində həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparıblar.

Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bərpaolunan enerji və yaşıl iqtisadiyyata keçid, eləcə də Azərbaycanın icrasında maraqlı olduğu digər layihələr diqqətə çatdırılıb.

Oxşar Xəbərlər