Dünya birjalarında neft ucuzlaşıb.
QİA.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,49 dollar azalaraq 84,62 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,55 dollar azalaraq 82,27 dollar təşkil edib.