Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünə çıxıb.
“QİA.AZ“ın məlumatına görə, 86 kq-da mübarizə aparan idmançı rumıniyalı Pol-Andrey Aradoae ilə qarşılaşıb.
Rəqibinə qalib gələn Dominges növbəti raunda vəsiqə qazanıb. Onun 1/4 finaldakı rəqibi rusiyalı Şarapuddin Atayev olacaq.
Qeyd edək ki, bu gün Azərbaycanın daha 3 güləşçisi – Tayfur Əliyev (60 kq), Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) 1/4 finala yüksəlmək uğrunda mübarizə aparacaq.