Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşə qatılacaq

Azərbaycanın yunan-Roma güləşçi Murad Məmmədov Norveçin paytaxtı Oslodakı dünya çempionatında yarımfinal görüşünə çıxıb. 

QİA.AZ-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Fərdi Dünya Kubokunun qalibi Jolaman Şarşenbekovla (Qırğızıstan) üz-üzə gəlib. 

Məmmədov rəqibinə 2:4 hesabı ilə məğlub olub. O, sabah bürünc medal uğrunda qarşılaşmaya qatılacaq. 

Oxşar Xəbərlər