Dünya çempionatı: Azərbaycanın iki güləşçisi yarımfinala yüksəlib

Avq21,2021

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

QİA.AZ-ın məlumatına görə, altıncı yarış günündə Azərbaycanın daha 4 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.

60 kq çəki dərəcəsində yarışan Nihat Məmmədli Vikas Vikas (Hindistan) və Firuz Mirzərəcəbova (Tacikistan) qalib gələrək yarımfinala yüksəlib. Həsrət Cəfərov (67 kq) Nestori Mannila (Finlandiya), Luka Oçiqava (Gürcüstan) və Muslim İmadayevə (Rusiya) gücünü göstərərək yarımfinala adlayıb.

Məmmədli finala gedən yolda Dinislam Bammatovla (Rusiya), Cəfərov Qagik Snjoyanla (Fransa) üz-üzə gələcək.

72 kq-dakı Xasay Həsənli Mixael Portmanı (İsveçrə) məğlub etsə də, Giorgi Çixikvadze (Gürcüstan) ilə bacarmayıb. Murad Əhmədəliyev (82 kq) isə ilk görüşdə Saba Mamaladzeyə (Gürcüstan) uduzub.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 15:45-də start götürəcək.

Oxşar Xəbərlər