Dünya çempionatı azarkeşsiz olacaq

Fev3,2021

Latviyada büzüstü xokkey üzrə dünya çempionatı azarkeşsiz keçiriləcək.

“QİA.AZ”ın məlumatına görə, bu barədə Latviyanın baş naziri Krişyanis Karinş məlumat verib.

O, mundialın epidemioloji cəhətdən təhlükəsiz olacağını bildirib: “Oyunçular və digər insanlar cəmiyyətin qalan hissəsindən tamamilə ayrılacaq”.

Beynəlxalq Buzüstü Xokkey Federasiyası fevralın 2-də yarışın bütün oyunlarının Latviyada olacağını açıqlayıb. Dünya çempionatının daha əvvəl Latviya ilə yanaşı, Belarusun paytaxtı Minskdə də keçirilməsi planlaşdırılmışdı.

Qeyd edək ki, dünya çempionatının 21 may – 6 iyunda keçirilməsi nəzərdə tutulur.

Oxşar Xəbərlər