İdmanManşet

Dünya çempionatında çıxış edəcək Azərbaycan karateçilərinin adları açıqlanıb

Azərbaycanın karate üzrə milli komandasının noyabrın 12-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən “QİA.AZ“a verilən məlumata görə, qurumun prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 22 idmançı yer alıb. Onlardan 5-i para-karateçilərin mübarizəsinə qatılacaq.

Kişilərdən ibarət kumite yığmasının baş məşqçisi Qurban Tağıyev, eləcə də böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Pənah Abdullayev (84 kq) və Asiman Qurbanlını (+84 kq), eləcə də komanda yarışlarında Turqut Həsənov, Rafiz Həsənov və Tural Ələkbərlini sınayacaq. Komanda çıxışlarında Ağalarzadə, Ağayev, Abdullayev və Qurbanlı da iştirak edəcək.

Qadınların baş məşqçisi Denis Morozov Nuranə Əiyeva (50 kq), İlahə Qasımova (55 kq), Ayla Rzazadə (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyevanı (+68 kq) döyüşə atacaq. Onlardan Əliyeva, Qasımova, Zaretska və Əliyeva komanda yarışlarında da yer alacaq.

Kata üzrə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə Roman Heydərov fərdi, İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyev komanda çıxışlarına, Eldar Əhmədov, Sahib Əhədov, Ülvi Zeynallı, Lazım Allahverdiyev və Emiliya Mitilinova isə para-karate çempionatına qatılacaq.

Dünya çempionatına yola düşən heyətdə Anar Allahverdiyev və Rənad Əliyev dərəcələrini artırmaq üçün Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsinə imtahan verəcək.

WKF-in Texniki komissiyasının üzvü Yaşar Bəşirov 14 noyabrda qurumun iclasında, ertəsi gün isə təşkilatın Konqresində iştirak edəcək. Noyabrın 21-dək davam edəcək 25-ci Dünya çempionatına 117 ölkədən 1054 karateçi, 21 noyabrda keçiriləcək para-karate üzrə dünya çempionatında 21 dövlətdən 81 idmançı qatılacaq.

Əlaqəli xəbər

Back to top button