Dünya Kuboku: Azərbaycan komandası bürünc medal qazanıb

May9,2021 #Dünya Kuboku

Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda qrup hərəkətləri üzrə yarışlara start verilib.

“QİA.az”ın məlumatına görə, Azərbaycanı 5 topla hərəkətlərdə Zeynəb Hümmətova, Ləman Əlimuradova, Məryəm Səfərova, Darya Sorokina və Yelizaveta Luzandan ibarət komanda təmsil edib. Uğurlu çıxış edən kollektiv 44.000 xal toplayaraq, bürünc medal qazanıb.

Birinci yerə 45.600 xalla Bolqarıstan, ikinci yerə isə 44.550 xalla İtaliya komandası layiq görülüb.

Oxşar Xəbərlər