Dünya ölkələrinin borcu rekord həddə çata bilər

Dünya ölkələrinin borcu rekord həddə çata bilər

Qlobal borc miqdarı 2020-ci ilin yekununda 277 trilyon ABŞ dollarına qədər yüksələrək rekord səviyyəyə çata bilər.

“QİA.AZ” xəbər verir ki, bu barədə Vaşinqton Beynəlxalq Maliyyə İnstitutu məlumat yayıb.

“Yeni növ koronavirus infeksiyası nəticəsində meydana gələn iqtisadi tənəzzül keçən ilin sonundan bəri dünya ölkələrinin borcunu 15 trilyon ABŞ dolları miqdarında artırıb. Nəticədə qlobal borc miqdarı 2020-ci ilin III rübünün yekununda 272 trilyon ABŞ dollarına qədər yüksələrək rekord səviyyəyə çatıb. Pandemiya ilə mübarizəyə ayrılan vəsaitləri nəzərə alsaq cari ilin sonuna qlobal borcun 277 trilyon ABŞ dollarına (ÜDM-in 365% -i) çatacağını gözləyirik” deyə institut mütəxəssisləri bildirib.

Mütəxəssislər hesab edir ki, dünyada maliyyə sektoru xaricindəki borc səviyyəsi 2019-cu illə müqayisədə bu il 210 trilyon ABŞ dollarına çatacaq. Qeyd edək ki, 2019-cu ildə bu rəqəm 194 trilyon ABŞ dolları olub.

BVF-nin proqnozuna görə, bu il qlobal iqtisadiyyatda demək olar ki, 4.4% azalma qeydə alınacaq, lakin gələn il iqtisadi durum bərpa olunaraq 5.2% artacaq.

Oxşar Xəbərlər