Dünya şahmat tacı uğrunda oyunun vaxtı və yeri açıqlandı

Yan28,2021

Beynəlxalq Şahmat Federasiyası (FIDE) dünya şahmat tacı uğrunda keçiriləcək oyunun vaxtını və yerini açıqlayıb.”QİA.AZ” FIDE-nin rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, qarşılaşma 24 noyabr – 16 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində gerçəkləçəcək.Görüş norveçli hazırkı dünya çempionu Maqnus Karlsenlə İddiaçılar Turnirinin qalibi arasında təşkil olunacaq. İddiaçılar Turniri ötən il koronavirusa görə 7-ci turda təxirə salınıb. Yarış bu il noyabrın 1-də Rusiyanın Yekaterinburq şəhərində qaldığı yerdən davam etdiriləcək.

Oxşar Xəbərlər