Dünyada COVID-19-a yoluxanların sayı 65 milyonu ötdü

Dünyada COVID-19-a yoluxanların sayı 65 milyonu ötdü

Dünyada 65 milyondan çox insan koronavirusa yoluxub.

“QİA.AZ” xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanları, həmçinin KİV və başqa açıq mənbələrlə məlumatlar toplayan Cons Hopkins Universitetinin saytı bildirib.

Universitetin məlumatına görə, pandemiya ərzində dünyada 65 016 336 insanda koronavirus aşkarlanıb.

Qeyd edilir ki, təhlükəli infeksiyanın aşkarlandığı 1 502 728 nəfər ölüb. Eyni zamanda pandemiya ərzində 41 699 652 pasiyent COVID-19-dan sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxşar Xəbərlər