Dünyada ilk dəfə: heyvan öldürülmədən hazırlanan ətin satışına icazə verildi

Dek2,2020

Dünyada ilk dəfə Sinqapurda bioreaktorda heyvan öldürülmədən istehsal edilən ətin satışına icazə verilib.

“QİA.AZ” xəbər verir ki, bu barədə “Guardian” qəzeti yazıb.

Məlumata görə, ABŞ-ın “Eat Just” şirkətinin istehsal etdiyi “toyuq hissələri” Sinqapurun Qida Agentliyinin təhlükəsizlik yoxlanışından uğurla keçib.

Bildirilib ki, “Eat Just”ın məhsulu 1 200 litrlik bioreaktorda hazırlanır və sonra bitki əsaslı elementlərlə birləşdirilir.

Məhsulun normal toyuq ilə müqayisədə bahalı olacağı və sadəcə Sinqapurdakı bir restoranda satılacağı vurğulanıb.

Oxşar Xəbərlər