Dünyada koronavirusa qarşı 10 milyarddan artıq peyvənd vurulub

Yan27,2022

Dünyada koronavirusa qarşı 10 milyarddan artıq peyvənd vurulub.

QİA.AZ bu barədə TASS-a istinadən xəbər verir.

Peyvəndlərin yarıdan çoxu üç ölkədə – Çində (2,98 milyard), Hindistanda (1,67 milyard) və ABŞ-da (0,54 milyard) tətbiq olunub.

Planetdə nə qədər insanın peyvəndin tam kursunu tamamladığını müəyyən etmək mümkün deyil, çünki bir çox ölkələr yalnız peyvəndlərin təsdiqlənmiş dozalarının sayını bildirirlər.

Oxşar Xəbərlər