Dünyada koronavirusa sutka ərzində rekord yoluxma qeydə alındı

Noy7,2020
Dünyada koronavirusa sutka ərzində rekord yoluxma qeydə alındı

Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı son 24 saatda 581 min artaraq 48,53 milyonu ötüb.

“QIA.AZ” məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd edilir ki, bu, pandemiyanın başlanğıcından bir gün ərzində rekord yoluxmadır. Eyni zamanda son sutkada dünyada təhlükəli infeksiyadan 8 mindən çox ölüm qeydə alınıb. Beləliklə, dünyada COVID-19-dan ölənlərin sayı 1,23 milyon nəfəri ötüb.

Təşkilata daxil olan məlumata görə, dünyada təhlükəli infeksiyaya 48 534 508 yoluxma və 1 231 017 ölüm haqqında məlumatlar daxil olub. Yoluxanlarınların sayı bir gün ərzində 581 679 nəfər, ölənlərin sayı 8 899 nəfər artıb.

Gün ərzində yoluxmaların yarıdan çoxu (308 876) Avropa regionunun payına düşür. Siyahıda ikinci yerdə Şimali və Cənubi Amerika (167 031 yoluxma), üçüncü yerdə cənub-şərqi Asiya (61 831) qərarlaşıb.

Bu günə qədər sutkalıq rekord yoluxma oktyabrın 31-də qeydə alınıb və 557 467 yoluxma təşkil edib.

Oxşar Xəbərlər