Dünyada koronavirusa yoluxanların sayı 108,15 milyonu ötüb – ÜST

Fev15,2021
ÜST 2 milyarda yaxın insanın yüksək yoluxma riski barədə xəbərdarlıq etdi

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 300 mindən çox artıb.

“QİA.AZ”ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 300 530 nəfər yeni koronavirusa yoluxub, 7 776 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 108 153 741, ölənlərin isə 2 381 295 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxşar Xəbərlər