Dünyada koronavirusa yoluxanların sayı 111 milyon nəfəri ötüb

Fev21,2021

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 111 milyon nəfəri ötüb.

“QİA.AZ”ın məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 111 073 086 nəfərə çatıb. Onlardan 2 460 489 nəfəri ölüb, 62 616 930 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (28 076 766), Hindistanda (10 991 651) və Braziliyada (10 139 148) qeydə alınıb.

Oxşar Xəbərlər