Dünyada yeni COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların 55 milyonu ötüb.
Bu barədə “QİA.AZ” ayrı-ayrı ölkələrin statistikasına istinadən xəbər verir.
Qeyd edilir ki, pandemiya ərzində dünyada COVID-19-dan ümumilikdə 1 327 077 insan ölüb. Bununla yanaşı, təhlükəli infeksiyaya qalib gələnlərin sayı 38 259 421 nəfərə çatıb.
Dünyada COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 11 380 748 insanda təhlükəli infeksiya aşkarlanıb. ABŞ-da koronavirus infeksiyasından 252 075 insan ölüb.
Dünyada koronavirusa ən çox yoluxma hallarının qeydə alındığı ölkələrin siyahısında sonrakı yerdə Hindistan (8 867 857), Braziliya (5 863 093), Fransa (1 981 827), Rusiya (1 948 603), İspaniya (1 492 608), Böyük Britaniya (1 369 318), Argentina (1 310 491), Kolumbiya (1 198 746) və İtaliya (1 178 529) qərarlaşıb.