Dünyada koronavirusa yoluxanların sayı durmadan artır.
“QİA.AZ” xəbər verir ki, bu barədə ayrı-ayrı ölkələrin statistikaları əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.
Universitetin məlumatına görə, dünyada COVID-19-a 58 014 491 insan yoluxub. Bununla yanaşı, təhlükəli infeksiyadan 37 milyondan çox pasiyent sağalıb.
Müalicə alan 1 378 866 xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Dünyada COVID-19-dan ən çox yoluxma və ölüm halı ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda koronavirusa 12 450 666 insan yoluxub, 261 790 nəfər isə virusdan dünyasını dəyişib.