Pandemiyanın başlanğıcından bəri dünyada 2 002 642 nəfər koronavirusdan ölüb. Bu isə o deməkdir ki, virusa yoluxanların 3 %-i dünyasını dəyişib.
“QİA.AZ” “Worldometers”ə istinadən xəbər verir ki, ötən gün 15 361nəfər pandemiyanın qurbanı olub.
İndiyədək 93 545 150 nəfərə COVID-19 diaqnozu qoyulub. Onların böyük hissəsi – 66 845 955 nəfəri sağalsa da, virusun yayılması səngiməyib. Hazırda dünyada aktiv xəstələrin sayı 24 696 553 milyonu ötüb.
Dünyada indiyədək ən çox yoluxma faktı yanvarın 8-də qeydə alınıb – 839 342 yoluxma. Ən çox ölüm halı yanvarın 13-də baş verib – 16 415 nəfər.
Koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilən 111783 pasiyentin vəziyyəti kritikdir.
Hazırda koronavirusun ən geniş yayıldığı ölkələr ABŞ (23848 410), Hindistan (10 528 508) və Braziliyadır (8 326 115). Bu üç ölkə COVID-19-dan ölüm hallarına görə də liderdirlər. Belə ki, ABŞ-da 397994, Braziliyada 207 160, Hindistanda isə 151 954 nəfər virusdan ölüb.