Dünyada ötən sutka koronavirusa 353 mindən çox yoluxma qeydə alınıb – ÜST

İyn1,2021

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 353 mindən çox artıb.

QİA.AZ-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 352 685 nəfər yeni koronavirusa yoluxub, 8 055 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 170 426 245, ölənlərin isə 3 548 628 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb – 32 929 178 nəfər. Siyahıda daha sonra Hindistan (28 175 044), Braziliya (16 515 120), Fransa (5 567 152), Türkiyə (5 249 404), Rusiya (5 081 417), Böyük Britaniya (4 487 343), İtaliya (4 217 821), Argentina (3 753 609), Almaniya (3 679 148), İspaniya (3 678 390) və Kolumbiya (3 383 279) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxşar Xəbərlər