Dünyada pandemiya ilə bağlı vəziyyət gərginləşir

Dek11,2020
Dünyada pandemiya ilə bağlı vəziyyət gərginləşir

Dünyada koronavirusa yoluxanların sayı 70 milyon nəfərə yüksəlib.

Bu barədə “QİA.AZ” ayrı-ayrı ölkələrin statistikasına istinadən xəbər verir.

Pandemiyanın başlanğıcından dünyanın 220 ölkəsində COVID-19-a yoluxanların sayı 70 672 882 nəfərə çatıb.

Müxtəlif ölkələrin statistikasına görə, dünyada 1 587 352 insan infeksiyanın qurbanı olub, eyni zamanda virusa yoluxmuş 49 milyondan çox sağalıb.

Koronavirusdan ən çox ABŞ əziyyət çəkir. Bu ölkədə təhlükəli infeksiyaya yoluxanların sayı 16 017 418 nəfər təşkil edir. Birləşmiş Ştatlar ölənlərin sayına görə də dünyada liderlik edir. Bu ölkədə 299 511 insan pandemiyanın qurbanı olub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxşar Xəbərlər