Bu ilin III rübündə dünyanın ən böyük şəxsi kompüter istehsalçısı Çinin “Lenovo” şirkətinin xalis mənfəəti illik müqayisədə 53% artaraq 310 milyon ABŞ dolları olub.
Bu barədə “QİA.AZ” “Reuters” agentliyinə istinadən istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə şirkətin gəlirləri isə 7% artaraq 14,5 milyard dollara çatıb.
“Lenovo”nun maliyyə vəziyyətinin yaxşılaşması koronavirus (COVID-19) pandemiyasının təsiri ilə tətbiq olunan məhdudiyyətlər. “məsafədən iş” zərurəti ilə izah olunur.