Dubayda dünyanın ilk “jetpack” yarışı baş tutub. Sosial şəbəkələrdə bununla bağlı maraqlı kadrlar paylaşılıb.
Məlumata görə, bütün iştirakçılar pilotlar olub. Onlar həftələrlə yarışa hazırlaşıblar.
Müsabiqə üçün ABŞ-nin “Gravity Industries” şirkətinin “jetpack”larından istifadə olunub.
O da qeyd olunur ki, “kürək raketləri” pilotlara 128 km/saat sürətlənməyə imkan verib, mühərrik 1500 at gücündə olub. Uçuşlara yalnız su üzərində icazə verilib.
Qalib İsa Kalfon adlı pilot olub. O, “jetpack” idarə etməyin asan olduğunu deyib.