Rusiyada dünyada insan iştirakı olmadan rəsm çəkə bilən ilk dronun divar rəsmi nümayiş olunub. İncəsənət obyekti texnologiyalara və onların təbiətlə qarşılıqlı əlaqəsinə həsr olunub.
QİA.az-ın verdiyi məlumata görə, bu barədə iz.ru xəbər verib.
Bildirilib ki, dron rusiyalı rəssam Mişa Mostla mühəndis və proqramçılar qrupunun birgə layihəsidir. Qeyd olunub ki, uçuş aparatının idarə edilməsinin qabaqcıl texnologiyası istifadə edilib.
“Bu dron dəqiq xətlər çəkə, rəsmlərin miqyasını və detallılığını dəyişdirə, yəni yaradıcı vahid ola bilər. Yeni layihə incəsənət və texnologiyaların parlaq əməkdaşlığıdır”, – deyə tərtibatçılar bildiriblər.