Düşmən mövqelərimizi atəşə tutub: Şəhid və yaralılarımız var

Aprelin 11-dəi Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Müdafə Nazirliyinin mətbuat xidmətindən QİA.AZ-a verilən məlumata görə, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Oxşar Xəbərlər