Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini “Smerç”lə atəşinə tutub.
QİA.AZ xəbər verir ki, “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, düşmən tərəfindən atılan “Smerç” raketi şəhərin mərkəzi küçələrində yerləşən evlərin birinə düşüb.
Nəticədə evə külli miqdarda ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.