Düşmənin hədəfə çatmadan zərərsizləşdirilən PUA-ları- FOTO

Mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib.

QİA.az xəbər verir ki, məlumatı Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilib və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilib.
Qeyd edək ki, nazirlik zərbə PUA-larının qalıqlarının əks olunduğu fotoları təqdim edib.

Oxşar Xəbərlər