Düşmənin Tərtərə atdığı top mərmisi evə düşüb

Noy6,2020
Düşmənin Tərtərə atdığı top mərmisi evə düşüb

Cəbhədə gərgin döyüşlər davam edir.

QİA.AZ xəbər verir ki, bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Noyabrın 5-i Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayon ərazisini yenidən atəşə tutub. Düşmənin növbəti dəfə atdığı top mərmilərindən biri şəhər mərkəzinə yaxın fərdi yaşayış evinə düşüb. Nəticədə evə və evin həyətində olan yük avtomobilinə külli miqdarda ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Qeyd edək ki, bu gün – noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutur.

Düşmən rayon rayon ərazisinə ümumilikdə 20-yə yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.

Oxşar Xəbərlər