Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gəncə şəhərində bərk tullantıların təmizlənməsi üçün Azərbaycana 10 milyon avro kredit ayırıb.
“QİA.AZ” xəbər verir ki, bu barədə Bankın məlumatında deyilir.
Bildirilir ki, kreditdən Gəncə şəhər Mənzil-Kommunal İstehsalat Birliyi yararlanacaq.
Bank, Gəncə şəhərindəki bələdiyyəsinin bərk tullantıların toplanması infrastrukturunun (tullantıların yığılması və küçə təmizlənməsi vasitələri və konteynerlərin) yenilənməsinə və əməliyyat və maliyyə səmərəliliyinin yaxşılaşdırılmasına dəstək verəcək.
Bankın açıqlamasında deyilir ki, layihə Azərbaycanın Bərk Tullantıların İdarə olunması Strategiyasına uyğun həyata keçiriləcək.