ECB rəqəmsal avro layihəsinin yeni mərhələsinə başlayır

İyl14,2021

Avropa Mərkəzi Bankı (ECB) rəqəmsal avro layihəsinin iki il davam edəcək və belə bir valyutanın buraxılmasını məcburi hesab etməyən yeni mərhələyə başlayır.

QİA.AZ “Prime”a istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin açıqlamasında deyilir.

“ECB-nin İdarəetmə Şurası bu gün rəqəmsal avro layihəsinin araşdırma mərhələsinə başlamağa qərar verib”, – məlumatda bildirilir.

Tənzimləyici bu mərhələnin 24 ay davam edəcəyini açıqlayıb.

“Tədqiqat mərhələsi dizayn və yayılma kimi əsas məsələlərin həllinə yönələcək. Rəqəmsal avro avropalıların ehtiyaclarını ödəməli, eyni zamanda qanunsuz fəaliyyətlərin qarşısını almağa kömək etməli və maliyyə sabitliyinə, pul-kredit siyasətinə arzuolunmaz təsir göstərməməlidir”, – relizdə vurğulanıb.

Layihənin yeni mərhələsi gələcəkdə bu valyutanın tətbiqi demək deyil. Amma eyni zamanda tənzimləyici rəqəmsal avronun dövriyyəyə buraxılacağı təqdirdə onun nağd pulu əvəz etməyəcəyini bildirib.

Oxşar Xəbərlər