Efiopiyada hava zərbəsi nəticəsində 50-dən çox insan həlak olub, 100-dən çox sakin xəsarət alıb.
QİA.AZ-ın məlumatına görə, bu barədə həkimlərin açıqlamasına istinadən “Associated Press” bildirib.
Qeyd edilir ki, hava zərbəsi zamanı azı 33 nəfər itkin düşüb.
Yaralılar Mekele şəhərinin xəstəxanasına çatdırılıb. Xəsarət alanlar arasında həddi-buluğa çatmayanlar da var.
Qeyd edilir ki, bomba Toqoqi bazarına atılıb.