Efiopiyanın cənubunda torpaq sürüşməsi nəticəsində azı 55 nəfər ölüb.
QİA.az TASS-a istinadən xəbər verir ki, hadisə ölkənin cənubundakı Qeze-Qofa bölgəsində baş verib.
Rayon rəhbəri Misikir Mitiku bildirib ki, xilasedicilər yerin altından 20-dən çox cəsəd tapmağa nail olublar. Onun sözlərinə görə, sürüşmə bölgəsində xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayı arta bilər.
Qeyd edək ki, Efiopiyada sentyabrın ortalarına qədər davam edəcəyi gözlənilən yağışlar mövsümü hökm sürür. Davamlı yağışlar bəzən sürüşmələrə səbəb olur.