Efiopiyanın şimalında torpaq sürüşməsi baş verib, ölənlər var

Efiopiyanın şimalındakı Amhara əyalətində torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb, 8 nəfər yaralanıb.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Amhara Media Corporation” məlumat yayıb.

Qeyd edilib ki, təbii fəlakət səbəbindən 2 mindən çox insan təxliyə edilib.

Bu, son iki ayda Efiopiyada baş verən üçüncü sürüşmədir. Avqustun əvvəlində ölkənin cənubundakı Kavo Koişa rayonunda 11 nəfər ölüb. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin hesabatına görə, eyni bölgədə iyulun sonunda ölkədə indiyə qədər qeydə alınan ən ölümcül sürüşmə baş verib və ən azı 257 nəfər həlak olub. Ölkədə 3 günlük matəm elan edilib.

Oxşar Xəbərlər