Əfqanıstanın paytaxtı Kabilin qərbində dövlət neft anbarı yaxınlığında avtomobil partlayıb.
QİA.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.
Partlayış nəticəsində xəsarət alanların olduğu bildirilir.
Hadisənin səbəbi və itkilərin sayı barədə təfərrüatlar açıqlanmayıb.
“Taliban” hələlik insidentlə bağlı şərh verməyib.