Əfsanəvi aktyor Donatas Banionisin anadan olmasından 100 il keçir

Apr29,2024

Əfsanəvi Litva-sovet teatr və kino aktyoru, teatr rejissoru, SSRİ xalq artisti Donatas Banionisin anadan olmasının 100 ili tamam olur.

Donatas Banionis 28 aprel 1924-cü ildə Kaunasda anadan olub. Yaradıcılıq karyerasına 1941-ci ildə Litvanın kiçik şəhəri olan Panevejisə köçdükdən və Dram Teatrının (indiki Yuozas Miltinis adına Dram Teatrı) truppasına qəbul edildikdən sonra başlayıb.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki , yaradıcı həyatının böyük hissəsini Panevejisdəki doğma teatrına həsr etmiş aktyor bir çox filmə çəkilib. Ona Andrey Tarkovski, Qriqori Kozintsev, Eldar Ryazanov, Vitautas Jalakyaviçyus kimi böyük rejissorlarla işləmək nəsib olub.

Donatas Banionis “Solyaris”, “Kral Lir”, “Heç kim ölmək istəmirdi”, “Ölü mövsüm”, habelə sovet və dünya kinosunun qızıl fonduna daxil olan bir çox başqa filmdə rol alıb.

Oxşar Xəbərlər