Egey dənizində 141 qanunsuz miqrant saxlanılıb

Egey dənizində qeyri-qanuni yollarla Türkiyədən Yunanıstana keçmək istəyən 141 miqrant saxlanılıb. Onlardan 48-i azyaşlıdır.

QİA.az xəbər verir ki, Türkiyənin İzmir vilayətinin sahillərinə yaxın sularda aşkar edilən şəxslər rezin qayıqlarla başqa ölkəyə keçməyə cəhd göstəriblər. Onlardan 52-i Yunanıstan tərəfindən geri göndərilib. Batmaq təhlükəsi ilə üzləşən qayıqlardan Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xilas edilən miqrantların 17-i uşaqdır.

İzmirdə insan qaçaqmalçılığında şübhəli bilinən və hadisə ilə əlaqəsi olduğu ehtimal edilən iki nəfər saxlanılıb.

Miqrantlar aidiyyəti qurumlara təhvil verilib.

Oxşar Xəbərlər