ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyası (EIA) bu ilin dördüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozuna dəyişiklik edib.
“QİA.AZ” bu barədə EIA-ın sonuncu “Short-Term Energy Outlook – November 2020” hesabatına istinadən xəbər verir.
EIA-ın yeni proqnozuna görə, 2020-ci ilin dördüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı 690 min barel təşkil edəcək. Bu, əvvəlki proqnozdan 10 min barel azdır. Bu, bu ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə 20 min barel və ya 3 % çoxdur.
2020-ci ilin birinci rübü ilə müqayisədə isə Azərbaycanda gündəlik orta neft hasilatı üzrə proqnoz 80 min barel və ya 10,4 % azdır. 2019-cu ilin dördüncü rübünün göstəriciləri ilə müqayisədə isə bu rəqəm 90 min barel və ya 9,2 % azdır.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 710 min barel təşkil edəcəyi proqnozlaşdırılır.