Ekoloji təhlükəsizliyi pozduğuna görə 1411 nəfər cərimələnib

Yan29,2021

Ötən il ekoloji təhlükəsizliyi pozduğuna görə inzibati məsuliyyətə cəlb edilən şəxslərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “QİA.AZ”a bildirilib ki, ümumilikdə 2020-ci il ərzində şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənara atılması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozan 1411 nəfər inzibati məsuliyyətə cəlb olunub.

Həmin şəxslərə tətbiq olunan cərimələr 139 min 40 manat təşkil edib.

Oxşar Xəbərlər