Ekspert: “Koronavirusun Uhanda ortaya çıxmasına dair sübut yoxdur”

Fev9,2021

Yeni koronavirusun ilk dəfə 2019-cu ilin dekabr ayında qeydə alındığı Uhan şəhərində daha əvvəl də virusun mövcud olmasına dair elm adamlarının əlində sübut yoxdur.

“QİA.AZ” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin – Ümumdünya Səhiyyə Təşkilatı müştərək tədqiqat qrupunun üzvü, Pekin Tsinghua Universiteti Vanke İctimai Səhiyyə Məktəbinin rəhbəri Lianq Vannian mətbuat konfransında bildirib.

Uhan şəhərində ilk dəfə qeydə alındığı dəniz məhsulları bazarına koronavirusun necə sızması barədə hazırda ətraflı məlumata sahib olmadıqlarını qeyd edən ekspertin sözlərinə görə, hazırkı pandemiyaya səbəb olan SARS-Cov-2 virusunun birbaşa sələfi olan koronavirus təbiətdə aşkarlanmayıb.

“Mövcud rəylərə görə, yarasalarda və panqolinlərdə aşkarlanmış koronaviruslar yeni koronavirusla sıx əlaqəlidir, bəziləri hətta həmin heyvanların ötürücü ola biləcəklərini bildirir. Lakin bu bənzərlik sözügedən heyvanların daşıdığı virusların yeni koronavirusun birbaşa əcdadı olması qənaətinə gəlmək üçün əsaslı deyil”, – ekspert vurğulayıb.

Oxşar Xəbərlər