Ekspert: “TAP Gürcüstanın geosiyasi rolunu artıracaq”

“Trans-Adriatik Boru Kəmərinin (TAP) istismara verilməsi Gürcüstanın Avropa üçün geosiyasi rolunu artıracaq və birbaşa iqtisadi mənfəət gətirəcək”.

“QİA.AZ” xəbər verir ki, bu barədə Gürcüstanın Neft və Qaz Korporasiyasının Müşahidə Şurasının sədri, texniki elmlər doktoru, professor Temur Qoçitaşvili BPN nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstan TAP vasitəsilə beynəlxalq oyunçuya çevriləcək: “Bu vaxta qədər Gürcüstan təbii qaz tranziti üçün regional əhəmiyyətli ölkə idisə, bundan sonra Avropa da Gürcüstan üzərindən qaz əldə edəcək. Ölkə ərazisi ilə ixrac olunacaq qaz Avropa İttifaqının enerji bazarlarının şaxələndirilməsi və tədarük təhlükəsizliyinin artırılmasında mühüm rol oynayacaq”.

Oxşar Xəbərlər